Şrift:
Babək qalasında tutulanlar azadlığa buraxılıb
21.07.2015 [09:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, iyulun 17-də (tirin 26-da) Kəleybər şəhərində 6 nəfər azərbaycanlı fəal tutulub. Onlar Babək qalası ətəyində və qalaya gedən yolda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Abbas Şadmənd, Əkbər Əbulzadə, Fərdin Muradpur və Behzad Əbdi Babək qalası ətəyində, Məhəmməd Rəşidi və Qasim Dəşti isə qalaya gedən yolda polisin yoxlama mərkəzində yaxalanıb.
Son məlumata görə, Abbas Şadmənd, Əkbər Əbulzadə, Fərdin Muradpur, Behzad Əbdi və Məhəmməd Rəşidi 1 gün saxlandıqdan sonra Polis idarəsinin təhlükəsizlik bölümündən zaminə buraxılıb. Fəalların sistemin əleyhinə təbliğdə ittiham edildiyi bildirilir.

Qasim Dəşti isə bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıb.

Abbas Şadmənd nəzarət altına alındıqdan sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən möhkəm döyülüb. Onun bir neçə dişinin sındığı və dodaqlarının partladığı da bildirilir.

Qeyd edək ki, adı çəkilən fəallar milli və mədəni zəmindəki fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə saxlanılıb və mühakimə olunub. Onlar uzun illərdir rejimin müxtəlif təzyiqlərinə məruz qalır.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed