Şrift:
Daha bir xarici oyunçu Traxtur Komandasına cəlb olunur
22.07.2015 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran üzrə futbol klublarının 15-ci super liqa rəqabətlərinə hazırlaşan Təbrizin “Traxtur” futbol komandası öz tərkibinə yeni oyunçular cəlb edir.
Komandanın baş məşqçisi Tuni Olivera yerli oyunçularla yanaşı xarici futbolçulardan da istifadə etməyə çalışır. Son məlumata görə, “Traxtur” klubu artıq Yan Rəmzi adlı avstraliyalı oyunçu ilə razılığa xəlib. Bu Azərbaycan komnandasına cəlb olunan 4-cü xarici oyunçudur. Bundan öncə Karlos Kardoso, Aqusta Sezar və tunisli futbolçu Yunis Həmzə ilə razılığa gəlinib.

Məlumata görə, Xarici oyunçuların hamısı baş məşqçi Tuni Oliveranın rəyi əsasında “Traxtur” komandasına cəlb olunub. Avstraliyalı müdafiəçi komandaya cəlb olunduqdan sonra “Traxtur” komandasında xarici oyunçuların sayı 4-ə çatacaq.
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed