Şrift:
İranda yenə Qaşqay türkləri təhqir edildi
22.07.2015 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsfahanin Şəhrza şəhərində bir teatr qrupu yaydığı reklam bannerlərində qaşqay türklərini təhqir edib.
İyulun 23-də səhnəyə çıxacaq “cahil və qaraçı” nümayişində Qaşqay türkləri kimi təqdim olunan bir qaraçı qadının dastanı nümayiş etdirilir. Bu hadisə bölgədə yaşayan türklər xüsusi ilə də Qaşqay türklərinin etirazına səbəb olub. Məlumata görə, artıq reklam bannerlərinin bir çoxu soydaşlarımız tərəfindən cırılıb.

Qaşqay türkləri bu teatrın səhnəyə çıxmaması üçün xəbərdarlıq ediblər.

Xatırladaq ki, keçən həftələrdə “İnqilab news” saytı da oxşar hərəkətə əl atmışdır. Sayt Qaşqay türklərinin kişilərlə qadınların birgə ənənəvi rəqsini fahişəlik adlandırmışdır. “İnqilab News” saytı türklərin geniş etirazından sonra üzr istəməyə məcbur oldu.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed