Şrift:
XİN: İran-Avropa əməkdaşlığında Bakının vacib rolu olacaq
22.07.2015 [16:16] - Gündəm, Siyasət
Sanksiyalar ləğv edildikdən sonra İran qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərdə yeni səhifə açacaq. Bunu Trend-in sualını cavablandıran İran xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, Bakı İran və Avropa arasında unikal mövqeyi və tranzit potensialı sayəsində sanksiyalar aradan qaldırıldıqdan sonra İranın Avropa ilə gələcək əməkdaşlığında xüsusi önəm kəsb edəcək.

A.Əraqçı bildirib ki, İran və digər tərəfin Vyanada əldə edilmiş nüvə sazişinə yenidən baxmaq hüququ yoxdur: "ABŞ Konqresindən başqa heç kəs həmin sazişə veto qoya bilməz. Əgər İranın Ali Məhkəməsi və ya parlamenti sazişi təsdiq etməsə, tərəflər danışıqlar prosesinə qayıtmaqla bağlı qərar qəbul edəcəklər".
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed