22.07.2015 [16:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil şəhərində Azərbaycan milli fəalı Məhəmməd Xakpurun atasının yas mərasimində maraqlı insident baş verib. Ettelaat kimi tanınan İran Kəşfiyyat Nazirliyinin məmurları türk dilində yazılmış başsağlığı plakatının üzərindən “Azərbaycanın Milli Hərəkatı” sözünü qayçı ilə kəsiblər.
Şənbə günü Ərdəbildə hərəkat fəalları Məhəmməd Xakpurun atasının vəfatı ilə bağlı başsağlığı plakatı yazdırıb və mərhumun evinin kandarında asıblar. Plakatın üzərində belə yazılıb:
“Hörmətli Məhəmməd Xakpur ailəsi, atanızın dünyasını dəyişməsi bizi ürəkdən kədərləndirib. Bu acını sizə başsağlığı verərək qalanlara Tanrıdan cansağlığı diləyirik.
Azərbaycanın Milli Hərəkatı”
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Ettelaat idarəsindən Xakpurla əlaqə saxlayıb təhdidlə həmin plakatın yığışdırılmasını tələb ediblər. Lakin fəal Ettelaatın istəyini yerinə yetirmədikdən sonra məmurlar gecəyarısı evin qarşısına gələrək “Azərbaycanın Milli Hərəkatı” sözünü həmin plakatın üzərindən qayçı ilə kəsiblər.
Başqa güneyli fəal, Avstraliyada yaşayan Ərsələn (Qəhrəman) Qənbəri Amerikanın Səsinə son zamanlar güneydə basqıların artıdğını bildirib. “Ola bilər ki, nüvə razılığından sonar siyasi qruplara qarşı təzyiqlər daha da artsın. Bunlarla yanaşı son zamanlarda Azərbaycan Milli Hərəkatı həm xalq arasında, həm də İran müxalifət qüvvələri arasına öz mövqeyini yuksəldib. Artıq tədricən İran müxalifəti qeyri-farslara qarşı təzyiqlərdən və onların hüquqlarından danışmağa başlayır. Bunların hamısı səbəb olur kı, İran dövləti fəallara qarşı basqılarını günü-gündən artırsın,” deyə cənab Qənbəri Amerikanin Səsinə bildirib.

Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |