23.07.2015 [00:25] - Gündəm, Siyasət
"Azərbaycan Avropa Şurası ilə insan haqları sahəsində əməkdaşlıq etmək istədi, amma onlar Azərbaycanda “beşinci kolon” yaratmaqla məşğul oldular. Buna da çox təəssüf edirik. Demokratiya xalqın hakimiyyətidir, amma demokratiya adı altıda Azərbaycanda “domkratiya” yaratmaq istədilər". Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycanın Avropa Şurası və Avropa İttifaqından gözləntiləri çox idi: "Çox təəssüf ki, gözləntilərimizin özünü doğrultduğunu görmədik. Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratiya, insan hüquqları, hüququn aliliyi kimi dəyərlərinə önəm verib".
Vitse-spiker qeyd edib ki, hüququn aliliyi bütün dünyada qəbul olunmuş bir məsələdir: "Hələ 17-18-ci əsrlərdən bu yana bu prinsipin bərqərar olması uğrunda bütün dövlətlərdə həmişə tədqiqat işləri, mübarizələr aparılıb və bu günə gəlib çatıb. Amma biz Avropa Şurası timsalında nəyə nail olduq? Biz Avropa Şurasında hüququn aliliyi əvəzində təəssüf ki, gücün aliliyi ilə qarşılaşdıq. Fikirləşirdik ki, hüququn aliliyi necə olan bir şeydir, qanunvericiliyimizdə bunu necə əks etdirməliyik?!"
Z.Əsgərov deyib ki, onsuz da hüququn aliliyi Azərbaycan Konstitusiyasında var: "Bilirdik ki, bu nədir, sadəcə, Avropa Şurasında, Avropa təşkilatlarında hüququn aliliyi əvəzinə gücün aliliyi ilə rastlaşdıq. Bu o deməkdir ki, bu gün dünyanı beynəlxalq hüquq yox, güc idarə edir”.

Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |