23.01.2012 [16:39] - Xəbərlər
İyulun 1-dən isə İran neftinə tam qadağa qoyulacaq
Birliyinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə İran neftinin idxalına embarqo qoyulmasına dair razılıq əldə edib. Bu barədə "Agence France Press" agetliyi diplomatik mənbələrə istinadən xəbər verir.
"İran neftinin idxalına embarqo qoyulmasına dair ilkin razılaşma artıq əldə edilib" - məlumatda belə deyilir. İran neftinə sanksiyaların tətbiqi ilə bağlı yekun qərar bu gün xarici işlər nazirlərinin görüşü əsnasında qəbul ediləcək.
"Reuters" agentliyinin məlumatına görə, İran neftinə tam qadağa iyulun 1-dən tətbiq ediləcək. İrana qarşı yeni sanksiyalar paketi İran neftinə və neft məhsullarına tədricən qadağa qoyacaq, iyulun 1-dən etibarən isə İrandan neft alan bütün Avropa Birliyi ölkələri bu neftin idxalını bütünlüklə dayandıracaq. Avropada İran neftinin böyük hissəsi, yəni 68 faizi Yunanıstan, İtaliya və İspaniyanın payına düşür.
Qeyd edək ki, İrana qarşı sanksiyaların sərtləşdirilməsi üçün ötən ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətinə dair hesabatı, İranın nüvə ambisiyalarından dolayı artan narahatlıq, İranın yeni ildə raket sınaqları və Tehranın Hörmüz boğazını bağlamaq hədələri əsas verib.
Ehimal edilir ki, Avropa Birliyi həmçinin İranın mərkəzi bankının fəaliyyətinə və qızıl ticarətinə nəzarət məqsədilə əlavə tədbirlər görəcək. Xatırladaq ki, İrana qarşı analoji sanksiyaları ötən ay Amerika Birləşmiş Ştatları tətbiq edib və müttəfiq ölkələri də bu nümunəyə əməl etməyə və İrana qarşı təzyiqləri artırmağa çağırıb.

Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |