Şrift:
Abbas Lisani həbs olundu
23.07.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yaxınlarının verdiyi məlumata görə bu gün səhər saatlarında Azərbaycanlı milli fəal Abbas Lisani Ərdəbil şəhərində ETTELAAT əməkdaşları tərəfindən həbs edilib.
Qeyd edək ki, bu ilin aprel ayında Abbas Lisani Ərdəbil inqilab məhkəməsinin birinci söbəsi tərəfindən 1 il müddətində azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Abbas Lisani İran hakimiyyətinə qarşı təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmədə ittiham olunub. Milli fəal Apellasiya məhkəməsinə müraciət etsə də məhkəmə onun şikayətini rədd edərək 1 iilik həbs cəzasını təsdiqləyib. Abbas Lisani 2011-ci ildə Urmiya gölü ilə bağlı keçirilən kütləvi etiralarda iştirak etdiyi üçün ETTELAAT-ın hədəfinə tuş gəlib.
Xatırladaq ki, Abbas Lisani bundan əvvəl də İranın müxtəlif məhkəmələri tərəfindən həbs cəzası alaraq dəfələrlə Ərdəbil, Təbriz, Yəzd və Əhər kimi şəhərlərin Ettelaat həbsxanaları və mərkəzi zindanlarında saxlanıb. Amnesty International onu vicdan məhbusu adlandırıb.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed