23.07.2015 [00:39] - Gündəm, Gənclik
Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi tərəfindən “Gənclərə biznesin təşkili və inkişafı” mövzusunda treninqlər keçirilib. Bakı və Gəncə şəhərlərində keçirilmiş treninqlərdə 9 Universitetdən 150 nəfər gənc, Enactus Azərbaycanın yeni partnyoru “Best Friend Təhsil və Karyera Mərkəzi” – in direktoru Elvin Dadaşov, təlimə dəvət olunmuş psixoloq Orxan Həsənov və Enactus proqramının məzunları da iştrak ediblər. “Gənclərə biznesin təşkili və inkişafı” trenininqinin məqsədi tələbələrə biznes qurma qaydalarını, biznesin xırdalıqlarını, büdcə planlaşdırılmasını, bazarın analizi qaydalarını,ozünə güvəni necə formalaşdırlmasından ibarət idi. Layihə təşkilatşıları düşünür ki, tələbələr arasında bu bilikləri təkminləşdirməklə gələcəyin uğurlu biznesmenlərini formalaşdırılmış olacaq.
Treninqdə iştrak edən gənclər təlimin I günü " Enactus" proqramı çərçivəsində fəaliyyətləri ilə bağlı sorğu vərəqələrini doldurublar. Daha sonra " Enactus" Azərbaycanın partnyoru Elvin Dadaşovun təqdimatında “Surətli biznes” mövzusunda treninq verib. Bu treninqdə tələblərin ənənəvi düşüncələrin hal - hazırki bazar iqtisadiyyatında işləmədiyi haqqında, biznesdə mənfəət əldə etmək üçün və daha keyfiyyətli biznes qurmaq üçün dəyişikliklər etməyin vacibliyi, dəyişikliklərin daha çox maliyyə gətirməsi izah olunub. Həmçinin biznesmen düşüncəsinin nəcə formalaşdırılması haqqında danışılıb. Daha sonra “Auditoriya qarşısında çıxış” mövzusunda Elvin Dadaşov tərəfindən növbəti treninq keçirilib. Treninqdə özünə inam, mətni dəqiq öyrənmək, qorxuya qalib gəlmək, dinləyicilərdə maraq oyatmaq, auditoriyaya yox, auditoriya ilə danışmaq, mühüm punktları vurğulamaq, müqayisə aparmaq, maraqlı sonluq mövzuları müzakirəsi aparilıb. Gənclərlə bu mövzular ətrafında müzakirələr aparılıb.
Təlimin II günü gənclərin " Enactus" mühakimə meyyarlarını və qiymətləndirmə meyyarlarını aydın şəkildə başa düşmələri üçün onlara həmin meyyarların izahı verilib. İzahdan sonra isə gənclərə münsif qismində iştrak etmə fürsəti yaradılıb. Bunun üçün " Enactus" Azərbaycan X Milli Yarışında final liqaya keçmiş komandaların fəaliyyəti haqqında video çarxlardan biri seçilib. Seçilmiş komandanın fəaliyyətini tələbələr " Enactus" mühakimə və qiymətləndirmə meyyarları əsasında müstəqil şəkildə özləri qiymətləndiriblər. Bu isə onlara hər il keçirilən çempionatda münsifləri, həmçinin mühakimə meyyarlarını başa düşməyə şərait yaradıb. Daha sonra isə tələbə “Stres menecement” mövzusunda treninq keçirilib. Tələbələrə stresin yaranma səbəbləri və onu dəf etmə yolları izah olunub.
III isə gənclərə " Enactus" un meyarları və onun elementləri mövzusunda treninq təşkil olunub. Həmin treninq əsasında onlar arasında sual-cavab mərhələsi təşkil olunub. Sual- cavab mərhələsində tələbələrə handbook üzrə suallar verilib və onların ümumi bilikləri yoxlanılıb. Daha sonra isə " Enactus" un bir ailə olduğunu tələbələrə bir daha xatırlatmaq üçün və tələbələrin tam bir ailə olmaları üçün onlarla müxtəlif növ oyunlar keçirilib.

Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |