Şrift:
ABŞ, Böyük Birtaniya və Fransanın hərbi gəmiləri "İran" körfəzinə daxil olub
23.01.2012 [17:00] - Gündəm
ABŞ-ın hərbi təyyarə daşıyan “Abraham Linkoln” adlı hərbi gəmisi Böyük Britaniya və Fransanın beş hərbi gəmisi ilə birlikdə Hörmüz boğazından keçərək İran körfəzinə daxil olub.

“Abraham Linkoln” gəmisi ən azı 90 qırıcı təyyarə və vertolyot daşımaq gücünə malikdir.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü yanvarın 22-də jurnalistlərə deyib ki, İranın bundan əvvəlki təhdidlərinə baxmayaraq hərbi gəmilərin Hörmüz boğazından keçməsi və İran körfəzinə daxil olması zamanı hər hansı insident baş verməyib..

2011-ci il dekabrın 27-də İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi, dekabrın 28-də isə İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari Qərbi və bölgə ölkələrini Hörmüz boğazını bağlayacaqları ilə təhdid ediblər. Onlar bildiriblər ki, İran neftinə sanksiya qoyulsa, Hörmüz boğazından gediş-gəliş tam qapadılacaq.

2012-ci il yanvarın 4-də jurnalistlərə açıqlama verən İranın müdafiə naziri Əhməd Vəhidi ABŞ hərbi gəmilərinin İran körfəzinə qayıtması niyyətini pisləyib: “Onların burada olması ziyanlıdır. Biz həmişə onların bölgədən çıxmasını tələb edərək Hörmüz boğazının təhlükəsizliyinin qorunmasına təkid etmişik. İran bölgənin mühüm qüdrəti olaraq Hörmüz boğazı məsələsində özünü haqlı sayır və həmişə bu boğazın təhlükəsizliyini qorumağa çalışıb”.
Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed