Şrift:
İranda edam rekordu: 700 ölüm hökmü
24.07.2015 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatının yaydığı məlumata görə İranda bu ilin əvvəlindən indiqə qədər 700 nəfərə yaxın adam edam olunub.

Təşkilatdan bildiriblər ki, yarım il ərzində edam edilənlərin dəqiq sayı 694 nəfərdir. Ötən il ərzində də ölkədə bu qədər insan edam edilib. - Təşkilatın direktor müavini Səid Bumedux bu haqda bildirib ki, "Əgər İran hökuməti edam hökmləri tətbiq etməyi bu cür sürətlə davam etdirərsə, onda ilin sonuna kimi, edam olunanların sayı 1000 nəfəri keçəcək".
Hüquq müdafiəçiləri onu da bildirib ki, İran hökuməti bir çox faktları gızlədir və bu ilin birinci yarımili ərzində 246 nəfərin edam edlidiyini bildirir.
İranda ölüm hökmü əsasən qətl, cinsi təcavüz, silahlı qarət, küfür, kafirlik, narkotik ticarəti, heyvanla cinsi əlaqə, ailəyə xəyanət, vətənə xəyanət və casusluq, parnoqrafik materillar yaymaq və başqa cinayətlərə görə tətbiq olunur.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed