24.01.2012 [11:03] - Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin 24 yanvar 2012-ci il tarixdə növbəti yığıncağı keçirildi
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev partiyanın Qərbi Azərbaycan Departamentinin yığıncağında Departamentin rəhbərliyinin ötən il ərzində görülən işlər barəsində məruzələrini dinlədi. Fərəc Quliyev Qərbi Azərbaycan Departamentinin fəallığını təqdir etdiyini və bundan sonra daha fəal olacaqlarına inandığını bildirdi.
Bundan sonra, yığıncaqda Departamentin yeni il üçün fəaliyyət proqramının müzakirə edilərək ən qısa zamanda hazırlanıb paket halında sədrə təqdim olunacağı diqqətə çatdırıldı. Seçkili orqanlara yeni təqdimatla seçilənlər təsdiqləndi.
Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti Fransa parlamentinin qondarma ”erməni soyqırımı” iddialarını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin qəbulunu pisləyən bəyanatla çıxış etdi.
BƏYANAT
Özlərini Avropada və dünyada demokratik dəyərlərin carçısı kimi qələmə verən,
əslində isə insan ləyaqətini və hüquqlarını pozmaq baxımından qara bir tarixi olan Fransa parlamentinin məlum qərarı MDHP Qərbi Azərbaycan Departamentinin üzvləri olan erməni vandalizmi və terrorunun canlı şahidləri kimi biz, Qərbi Azərbaycanlıların əsl hiddətinə səbəb olmuşdur. Bizlər, əslən yerli sakinlər olduğumuz halda, dədə-baba yurdumuz olan, indi Ermənistan adlandırılan torpaqlarımızdan deportasiya ediləndə, ermənilər keçən əsrin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımını törədəndə Fransa parlamenti bütün bunlara heç bir reaksiya verməyərək Ermənistanı dəstəkləməkdə davam edirdi. Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Fransa kimi himayəçilərinin sayəsində qonşu dövlətlərin ərazisini tutmaqla, tarixini oğurlamaqla bu günə gəlib çıxa bilib. Bizlər, sivil dünyanın gözü qarşısında əsrlərlə yaşadığımız torpaqlarımızdan zorla qovulmuş insanlar kimi, özümüzə qarşı yönəldilmiş bu siyasəti əslində Fransa kimi dövlətlərin türk-müsəlman dünyasına qarşı səlib yürüşü olaraq qəbul edirik.
Fransa prezidenti N.Sarkozinin Türkiyənin Baş Naziri R. T. Ərdoğana ünvanladığı məktubunda onların Əlcəzairdə törətdikləri qətliam etiraf olunur. İllər boyu Fransa dəstəyindən şirnikən ermənilər də himayədarlarının yolu ilə gedərək keçən əsrin əvvəllərindən sonuna qədər aborigen əhaliyə-yəni bizlərə qarşı sözün əsil mənasında soyqırımlar törətməklə, etnik təmizləmə prossesi aparmaqla, monoetnik respublika yaratmışlar.
Ermənistanı müdafiə etməklə –ədalətsiz mövqe nümaiş etdirən Fransa “Minsk qrupu” çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasında tərəfsizlik göstərə bilməz. ATƏT –in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa dövləti parlamentinin məlum qərarı əslində baş verməmiş bir hadisənin “soyqırım” kimi siyasiləşdirməklə və təcavüzkar Ermənistan Respublikasını dəstəkləməklə Minsk qrupunda öz fəaliyyətini böyük şübhə altına alır.
Öz mənfur qərarı ilə bütün bəşəri dəyərlərə qarşı çıxan Fransa parlamentinin erməni təəssübkeşliyini rəsmi şəkildə təkrarlaması, Fransa-Türkiyə, Fransa-Azərbaycan münasibətlərinə ağır zərbə vurmaqla beynəlxalq hüququn prinsiplərini pozmuşdur.
Biz, MDHP Qərbi Azərbaycan Departamentinin üzvləri Fransa parlamentarilərinin qəbul etdikləri bu qərarı tarixi bir yalnışlıq adlandırır və onu qətiyyətlə pisləməklə Azərbaycan Respublikasının Fransa ilə münasibətlərinə yenidən baxılmasını tələb edirik.

Bu xəbər oxucular tərəfindən 2103 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |