Şrift:
Yeni yaranan peşə sahələri gənclərin diqqətinə çatdırılacaq
24.07.2015 [12:14] - Gündəm, Gənclik
Saatlı gəncləri üçün araşdırmalar aparılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Saatlı rayonunda “ Qaçqın və məcburi köçkün gənclərin məşğulluq imkanlarının artırılması məqsədi ilə təlimlərin təşkili” lahiyəsinə start verilib. Bu barədə məlumat verən Birliyin sədri Günel Balakişiyevanın sözlərinə görə, layihənin əsas məqsədi Saatlı rayonunda gənclərin məşğulluq probleminin həll olunmasına yardım göstərməkdir:
" Layihə gənclərin işsizlik probleminin həll olunması, onların peşə bacarıqlarının artırılmasını və məşğulluğunun təmin olunması ilə bağlı fəaliyyəti nəzərdə tutur. Layihə komandası tərəfindən mütəmadi olaraq Saatlı rayonunda boş iş yerləri ilə bağlı məlumat vərəqələri yayılacaq.
Layihə komandası tərəfindən Saatlı regionunda olan vakansiyalarla bağlı araşdırmalar aparılacaq. Araşdırmalar nəticəsində daha çox ehiyac yaranan peşələrlə bağlı məlumatlar əldə olunacaq. Buna uyğun olaraq da gənclər daha çox zərurət olan və ya yeni ixtisaslarla bağlı peşə təlimi istiqamətinə yönəldiləcək. Məqsədlərimizdən biri də yeni yaranan peşə sahələrinə gənclərin diqqətini yönəltməkdir- deyə, G. Balakişiyeva bildirib.
Günel xanım onu da qeyd edib ki, layihə ilə bağlı ictamiyyətə mütəmadi olaraq məlumatlar veriləcək, mətbuat və sosial şəbəkələrdə geniş piar işi aparılacaqdır.
Onu da qeyd edək ki, layihənin icra müddəti 3 aydır.
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed