24.07.2015 [12:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İşsizlik problemi Güney Azərbaycan şəhərlərində çözülməz bir problem olaraq qalır. Gündən-günə gərginləşməkdə olan bölgənin iqtisadi durumu bir çox ictimai və hətta ailə problemlərinə səbəb olur. Məhz iqtisadi amillərə görə uzun illərdir milyonlarla azərbaycanlı öz doğma yurdundan İranın mərkəzi şəhərləri və fars bölgələrinə mühacirət edir.
Həştrud şəhərinin imam cüməsi də bölgə əhalisinin əsas sıxıntılarından danışarkən sözügedən problemə işarə edib:
“İşsizlik bölgə əhalisi və gənclərin əsas problemidir. Dövlət və vilayət məsulları yatırımçıları bu şəhərə sərmayə yatırmağa sövq etdirməlidir”.
Əli Rəhimi Həştrud şəhərinin idarə şurasının iclasında bu şəhərin vəziyyətindən danışarkən bildirib ki, “Həştrud 60 ildən çoxdur ki, şəhərdir. Lakin hələ də yoxsul və məhrum vəziyyətdə yaşayır. Məhsullar bu barədə tədbir almalıdır.”
İmam cümə sözlərinin sonunda qarşıdan gələn seçki məsələlərinə də toxunub. O idarə məsulları və rəsmi şəxslərdən istəyib ki, “iş vaxtı vəya dövlətin imkanları hesabına hansısa namzəd təbliğ edilməməlidir, əks halda lazımi tədnirlər alınacaq.”

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |