Şrift:
Sinoptiklər xəbərdarlıq edir: hava daha da istiləşəcək
24.07.2015 [13:16] - Gündəm, Bildiriş
İyulun 27-dən başlayaraq, Azərbaycan ərazisində havaların daha da isti keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

A.Verdiyev deyib ki, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 30-36 dərəcə arasında dəyişəcək. İyulun 27-də isə temperaturun 31-36 dərəcə olacağı gözlənilir. Lakin iyulun 27-dən sonra ölkə ərazisində daha yüksək temperaturlar qeydə alınacaq.

Azərbaycanda həmin günlərdə daha yüksək temperaturun - 40 dərəcə istinin Aran rayonları və Naxcıvan Muxtar Respublikasında müşahidə ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed