25.07.2015 [09:52] - Gündəm, Siyasət
“Minsk Qrupundan imtina edilməlidir. Çünki iyirmi ildən artıqdır ki, bu qurum yalnız quru bəyanatlar verməklə kifayətlənir ”.
Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva dünən ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin yekunları ilə bağlı verdiyi birgə bəyanata münasibətində açıqlayıb.
Xatırladaq ki, həmsədrlər Yerevana və Bakıya səfərləri zamanı yüksək səviyyəli görüşləri qeyd etdiklərini və Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində danışıqlarda irəliləyiş üçün təklifləri hər iki ölkə prezidenti ilə müzakirə etdiklərini diqqətə çatdırıblar. Onlar prezidentlərin cari ilin sonunda görüşməyə hazır olduqlarını alqışladıqlarını qeyd ediblər. Bəyanatda dövlət başçılarının xarici işlər nazirlərinə prezidentlərin görüşü üçün həmsədrlərlə işi davam etdirmələrini tapşırdıqları vurğulanıb.
F.Əliyeva qeyd edib ki, Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız işğalçı Ermənistanın maraqlarını müdafiə edən mövqe nümayiş etdiriblər: “Qrupda təmsil olunan dövlətlər xristan təəssübkeşliyindən çıxış edərək daim işğalçını dəstəkləyiblər. Ona görə də münaqişəninin həllinin vaxtı uzadılır. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunması bu dövlətlərin marağında olmadığından həmsədrlərin missiyası yalnız bəyanatlar verməkdir. Amma Minsk Qrupu Azərbaycanın nə vaxtsa səbrinin daşa biləcəyini də göz önünə almalıdır”.
DADP sədri onu da əlavə edib ki, Minsk Qrupu həmsədr dövlətlərin işğalçı Ermənistana dəstək verdiyi faktları çoxdur: “Elə bu günlərdə ABŞ Senatı Dağlıq Qarabağa humanitar yardımın edilməsi ilə bağlı proqramı təsdiq edib. Rusiya isə İrəvana silah almaq üçün 200 milyon dollar kredit təqdim edib. Bundan başqa Avrasiya Stabillik və İnkişaf Fondu Ermənistana “İrriqasiya sistemlərinin modernləşdirilməsi” proqramı üçün 40 milyon dollar ayırıb. Eləcə də Ermənistan Maliyyə Nazirliyi və Rusiya Maliyyə Nazirliyi arasında İrəvana təmənnasız maliyyə yardımı barədə razılaşma da əldə olunub ki, razılaşmaya əsasən Ermənistanın Gömrük İttifaqına və vahid iqtisadi məkana birləşdirilməsi üçün ölkənin Maliyyə Nazirliyinə 14,1 milyon dollar ayrılacaq. Fransa da isə erməni lobbisi senatı ələ alıb. Paris daima antiAzərbaycan mövqeyi nümayiş etdirib. Ona görə də Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacağına inanmaq olmur. Qrupun həmsədrləri bölgəyə yalnız turist kimi gəlirlər. Onların bu məsələdə ikili standartlardan çıxış etməsini beynəlxalq təşkilat rəsmiləri də bildiriblər. Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, bu qrupun fəaliyyətindən imtina edilməlidir. Münaqişənin həlli ilə bağlı BMT nəzdində xüsusi bir komissiya yaradılmalıdır”,

Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |