25.07.2015 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi iyulun 23-də qeyri- hökumət təşkilatlarının sağlamlıq mövzusu ilə əlaqədar toplantısında çıxış edərək ölkədə yaradılacaq “nüvə xəstəxanası”ndan danışıb.
İranla Qərb arasında Vyanada əldə edilmiş nüvə razılaşmasına görə ölkə əhalisini təbrik edən Əli Əkbər Salehi, “razılaşma nailiyyətləri”nin ölkədə sağlamlıqla bağlı vəziyyətin yaxşılaşacağına göstərəcəyi təsirə toxunub: “Biz yaxın bir vaxtda ölkədə nüvə xəstəxanasının yaradılması xüsusunda yaxşı xəbərlər eşidəcəyik. Ölkə prezidentinin təvsiyəsi və tapşırığı ilə qəbul etdiyimiz qərara görə, Allah qoysa Səhiyyə Nazirliyindəki əzizlərimizin əməkdaşlığı ilə ölkədə ilk dəfə olaraq tam ixtisaslaşdırılmış nüvə xəstəxanasının əsasını qoyacağıq”.
Qeyd edək ki, İranla Qərb arasında aparılan 13 illik danışıqlar iyulun 14-də Vyanada başa çatıb və tərəflər arasında yekun razılaşma əldə edilib.

Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |