Şrift:
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinə bənzər yeni planet aşkar etdiyini bəyan edib.
25.07.2015 [09:56] - Gündəm, Hadisə
Xarici KİV-lərin verdiyi məlumata görə, “Kepler 452b” adlandırılan bu planet orbitdə günəşə bənzər ulduz ətrafında 385 günə bir dövrə vurur. Yeni tapılan planetdə temperaturun ilıq olması və maye suyun mövcudluğu üçün uyğun olması ehtimal edilir.

Planetin ölçüsünün yer kürəsindən bir qədər böyük olduğu bildirilir. Eyni zamanda “Kepler 452b”nin buludlu atmosferinin və aktiv vulkanlarının olması ehtimal edilir. Yeni planetin araşdırılması davam edir.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed