Şrift:
Novruz Məmmədov: Azərbaycan gec-tez öz torpaqlarını geri qaytaracaq
25.07.2015 [11:40] - Xəbərlər, Siyasət
“Yarım il ərzində, bundan bir az da əvvələ getsək, hələlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində mühüm, gözəçarpan irəliləyiş yoxdur”. Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də regiona son səfəri əslində elə bununla bağlıdır: “Müəyyən yerlərdə müəyyən addımlar atılır, amma hələlik onların ortaya çıxardığı bir nəticə yoxdur. Yəqin ki, bunun səbəbi kimi həmsədrlər regiona səfər etdilər və səfər zamanı belə bir iradə nümayiş etdirdilər ki, tezliklə xarici işlər nazirlərinin, prezidentlərin görüşünü təşkil etsinlər və bəlkə onda irəliyə bir addım atıla bilər”.

PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi, Azərbaycan Prezidenti də bununla bağlı görüşlərin heç birindən heç vaxt imtina etməyib və etmir: “Amma Azərbaycan Prezidentinin bununla bağlı bir mövqeyi var: “Mən görüşməyə hazıram, amma bu görüş görüş xatirinə olmasın”.

N.Məmmədov deyib ki, Azərbaycan gec-tez işğal altında olan torpaqlarını geri qaytaracaq: “Biz gec-tez o torpaqları qaytaracağıq".

PA rəsmisi bildirib ki, Ermənistan rəhbərliyi başa düşməlidir ki, bu variantla onların gələcəyi yoxdur.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed