26.07.2015 [09:09] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
“Təcavüzkar Ermənistan silahli qüvvələrinin cəbhədə atəşkəs rejmini pozmasının, təxribatlar törətməsinin bir sıra səbəbləri var. Bu hərəkətlər hər şeydən əvvəl Ermənistanın daxilində baş verən ümumi böhrandan diqqəti yayındırmaq, əhalini “xarici düşmənlə” qorxutmaqdan qaynaqlanır”.
Bunu millət vəkili, professor Musa Qasımlı ermənilərin cəbhə xəttində törətdiyi son təxribatlara münasibət bildirərkən deyib.
M.Qasımlı bildirib ki, Ermənistan rəhbərliyi xalqa normal həyat şəraiti yarada bilmədiyindən onu hərbi əməliyyatların yenidən başlanacağı təhlükəsi ilə qorxudur: “Cəbhədə yaranmış vəziyyət bir daha göstərir ki, Ermənistanda rəhbərlər zorakı yolla hakimiyyətə gəliblər və süngü üzərində oturub hələki idarə edirlər”.
M.Qasımlı bildirib ki, Ermənistanın təxribatları Azərbaycan üçün heç bir təhlükə törədə bilməz: “Çünki bu gün Azərbaycan Ordusu Ermənistandan qat-qat güclüdür və bütövlükdə Ermənistanla Azərbaycanı müqayisə etmək olmaz. Ermənistan Azərbaycan torpaqlarını havadarlarının birbaşa yardımı ilə işğal edib və onların köməyilə işğal altında saxlayır. Amma Ermənistanın bu təcavüz və işğal siyasəti erməni xalqına bədbəxtlikdən başqa bir şey gətirməyib”.

Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |