27.07.2015 [08:03] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan hökümətinin elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğvini tələbi ilə bazar ertəsi Yerevanın əsas meydanında oturaq etiraz aksiyası keçiriləcək.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatı bildirib.
Etiraz aksiyası yerli vaxtla saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |