Şrift:
Fransa Senatı “erməni soyqırımı” ilə bağlı qanunu qəbul etdi
24.01.2012 [11:06] - Gündəm
Qondarma "soyqırımı"nı inkara görə məsuliyyət nəzərdə tutan sənədin lehinə 127, əleyhinə 86 senator səs verib

Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul edib.Fransanın Türkiyə ilə münasibətlərinə ciddi zərbə vuracaq qanunun lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa qanunveriiliyinə görə, prezident qəbul edilmiş sənəd hökumətə təqdim olunduqdan sonra 15 gün ərzində onu təsdiqləməlidir. O, müddət bitdiyində parlamentdən qanuna və ya onun ayrı-ayrı maddələrinə yenidən baxılmasını xaşiş edə bilər. Bu xahiş rədd edilə bilməz.

Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə məsuliyyət nəzərdə tutan qanun layihəsinin müzakirəsi davam edir. ANS PRESS-in məlumatına görə, qanunverici orqanın müzakirəsinə qanun layihəsinin 1-ci maddəsinin ləğvi ilə bağlı düzəliş çıxarılıb. Konstitusiya Komissiyasının sədri Jan Pyer Süyor düzəlişin lehinə çıxış edib. Parlamentlə əlaqələr üzrə nazir Patrik Ollye isə düzəlişləri qəbul etməməyə çağırıb.

Sonra düzəliş səsə qoyulub. Onun lehinə 86, əleyhinə isə 120 senator səs verib. Beləliklə, qanun layihəsinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan 1-ci maddəsi qəbul edilib.

Hazırda qanun layihəsi bütövlükdə səsə qoyulur.
Bu xəbər oxucular tərəfindən 1259 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed