28.07.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xüsusi təyinatlı qüvvələr 7-ci bölümdə azərbaycanlı fəala hücum edib
Ötən günlərdə 1 illik həbs cəzasını çəkmək üçün Ərdəbil zindanında həbs edilən tanınmış azərbaycanlı fəal hazırda həbsxananın 7-ci bölümündədir. 7-ci bölüm narkomanlar (motadlar) və ağır cinayətlərdə suçlanan məhbuslara aiddir və olduqca ağır şəraitdədir.
Əldə etdiyimiz məlumata əsasən, Abbas Lisani məhbus hüquqlarının pozulduğuna görə iyulun 25-dən (mordadın 3-dən) aclıq aksiyasına başlayıb.
Ərdəbil zindanının 7-i bölümündə hava almaq üçün kiçik bir yer nəzərdə tutulub, lakin həmin yer də A.Lisani həbs edildikdən sonra qapadılıb. Həmçinin telefon avtomatlarının tətil edilməsi, məhbuslarla ailələri arasında olan görüşlərin qadağan edilməsi və Ərdəbil vilayətinin ərazisi olan Heyran gədiyinin Gilan vilayətinə verilməsi planı cənab Lisaninin etirazına səbəb olan amillər kimi bildirilir.
Bazar günü səhər vaxtı xüsusi təyinatlı qüvvələr Ərdəbil zindanının 7-ci bölümünə hücum edib. Buna səbəb tanınmış fəalın aclıq aksiyasına başlamasıdır. Məlumata görə, A.Lisaniyə hədə-qorxu gəldikdən və fiziki olaraq toxunduqdan sonra iki nəfər bəluç kökənli əqidə məhbusu azərbaycanlı fəala yardım edib və onu müdafiə ediblər. Verilən məlumata görə, bundan sonra məmurlar bəluç məhbusları ölümcül döyüblər. Məmurlarla A.Lisani və bəlum məhbusları arasında olan qarşıdurmadan sonra zindan rəisi Məhbubi “mən Lisaninin qanını içərəm!” deyə onu təhdid edidb.

Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |