Şrift:
Yerevan polisi etirazçıların qarşısını almağa çalışır
28.07.2015 [10:25] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevan polisi elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan "Ayağa qalx, Ermənistan" hərəkatının Respublika meydanında 72 saatlıq oturaq aksiya keçirməsinin qarşısını almağa çalışır.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, polis əməkdaşları canlı sədd yaradaraq etirazçılara meydana doğru irəliləməyə imkan vermirlər.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed