Şrift:
Avropa Şurasının baş katibi erməni deputata sərt cavab verdi
24.01.2012 [11:27] - Xəbərlər
Torbörn Yaqland: “Tarixlə tarixçilər məşğul olmalıdırlar”



Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası dünən günün ikinci yarısında öz işini davam etdirib. Sessiyada Avropa Şurasının baş katibi T. Yaqland deputatlar qarşısında çıxış edib. Ənənə üzrə baş katibin çıxışından sonra deputatlar ona sualla müraciət ediblər. Erməni deputat Naira Zöhrabyan qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı sual verib.

T. Yaqland bu məsələnin Fransanın işi olduğunu bildirmiş və öz ölkəsinin - İsveçin qanun layihəsi ilə bağlı mövqeyini açıqlayıb. Baş katib ölkəsinin belə bir qanunun qəbul edilməsinin qəti əleyhinə olduğunu söyləyib və qeyd edib ki, tarixi hadisələrlə bağlı siyasi qərarlar vermək lazım deyil: “Tarixlə tarixçilər məşğul olmalıdırlar. Türkiyə hökuməti vaxtilə soyqırımı iddialarını araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasını təklif etmişdi”. O, bu komissiyanın tövsiyələrini tanıyacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 1149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed