28.07.2015 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bundan öncə saytımız tərəfindən Urmu gölünün qurumasının bölgədə bir çox xəstəliyin artmasına səbəb olması ilə bağlı xəbərlər yayılıb.
Bu dəfə Urmu gölünü canlandırma mərkəzinin üzvü gölün quruması nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı etiraf edib.
Mehdi Əhmədi kütləvi informasiya vasitələri ilə müsahibədə Səhiyyə Nazirliyinin Urmu gölü bəhranının təsirləri ilə bağlı yetəri qədər araşdırma aparmadığını bildirib. O vurğulayıb ki, “Urmu gölü ətrafında gölün quruduğu yerlərdən qalxan tozlu külək tənəffüs problemi və qan təzyiqi kimi sağlamlığa ziyan vuran bir çox xəstəliklərə səbəb olur.”
Urmu gölünü canlandırma mərkəzinin üzvü əlavə edib ki, “duzun oturması və günəşin onun üstünə yansıması insanların görməsi və onların dərilərinə mənfi təsir edir, ağır dəri və göz xəstəliklərinə yol açır.”
M.Əhmədi əsas nigaranlığın duz çöküntüləri və ağır metallar zərrəciklərinin gölün quruması nəticəsində havaya daxil olmasından ibarət olduğunu bildirib. O vurğulayıb ki, belə bir hava bölgədə xərçəng xəstəliyini artıracaq.

Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |