Şrift:
Rus motoskiletçilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri araşdırılır
28.07.2015 [13:29] - Gündəm, Siyasət
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiyadan olan bir qrup motoskiletçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfəri məsələsi araşdırılır. Bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunu və Miqrasiya Məcəlləsinin pozulmasıdır: “Bu kimi əməllər, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed