Şrift:
Yerevan polisi etirazçıların qarşısını güc tətbiq edərək alıb
29.07.2015 [00:38] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar aksiyanı Amiryan və Koxbatsu küçələrinin kəsişməsində davam etdiriblər.

News.am saytının verdiyi məlumata əsasən, polis etirazçıları güc tətbiq edərək qarşılarını alıb və səkiyə tərəf sıxışdırıb.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed