29.07.2015 [10:22] - Gündəm, Sosial
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün "Malware Report" viruslarından mühafizə sisteminin baza versiyasını hazırlayıb. Bu barədə CERT-dən bildirilib.
Sistemin birinci versiyası yaxın bir həftə ərzində istifadəyə veriləcək. "Malware Report"-u cert.gov.az internet resursundan ödənişsiz yükləmək mümkün olacaq.
Məlumatda bildirilir ki, məhsulun birinci versiyası orta səviyyəli istifadəçilər üçün nəzərdə tutulub. Proqram istifadəçilərə müstəqil şəkildə zərərli və şübhəli faylları analiz etməyə imkan yaradacaq. Növbəti versiyada zərərli və şübhəli faylların bilavasitə CERT (Malware Lab) laboratoriyasına göndərilmə özəlliyi də yer alacaq. Həmin laboratoriyada onlar analiz olunacaq. Bundan sonra istifadəçiyə müvafiq cavab təqdim ediləcək.

Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |