Şrift:
Federika Moqerini Tehrandadır
29.07.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 28-də Avropa Birliyinin xarici işlər naziri Federika Moqerini İrana səfər edib. Tehrana bir günlük rəsmi səfərdə Moqerinini onun müavini Helqa Şmidt müşayiət edir.
Federika Moqrerini Tehranın Mehrabad hava limanında İran Xarici İşlər Nazirliyinin bir qrup rəsmisi qarşılayıb. Onun həmin gün axşam saatlarında bir sıra İran rəsmiləri ilə, o sıradan da prezident Həsən Ruhani və İranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşü gözlənilir. Rəsmi görüşlərdə Vyanadakı nüvə razılaşması və terrorizmə qarşı mübarizə mövzuları xüsusunda müzakirələr aparılacağı bildirilir.

İran rəsmiləri ilə təkbətək görüşlərdən sonra Federika Moqerini iranlı həmkarı Məhəmmədcavad Zərif birgə mətbuat konfransına qatılaraq jurnalistlərin suallarını cavablandıracaqları bildirilir.

Qeyd edək ki, Federika Moqerini Tehrana səfərindən əvvəl Səudiyyə Ərəbistanında olub. O, bu ölkənin bir sıra rəsmiləri ilə görüşərək İranla nüvə razılaşması və bəzi regional məsələlər barədə müzakirələr aparıb.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed