Şrift:
Şeyx Səfiyyədin Ərdəbilinin heykəlinin açılışı olub
29.07.2015 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın məşhur tarixi arifi, türk Səfəvi Xanədanının atası Şeyx Səfiyyəddin Ərdəbilinin heykəlinin açılışı olub. Heykəl Şeyx Səfiyyəddin Ərdəbilinin dünya kolleksiyası türbəsinin həyətində qaldırılıb.
2-ci gün keçirilən açılış mərasimində Ərdəbilin icra başçısı bu tarixi azərbaycanlı arifin məqamına toxunaraq bildirib ki, ziyalılar vilayətin mədəni və ictimai sərmayəsidir.
Mədəni, tarixi və incəsənət irslərinin qorunmasının önəmindən danışan İcra başçısı sözlərini belə davam etdirib: “Bu heykəl kimi bir çox əsərin böyük sənətçi Vədud Müəzzin tərəfindən yaradılması bu şəhərin böyük fəxrinə səbəb olub. Belə işlərlə vilayətin tarixi və həqiqi simasını dünyaya çatdırmaq mümkündür.”
Zəncaninin sözlərinə görə, “kütləvi informasiya vasitələri və mədəni sahənin fəalları vilayətin mədəni dəyərlər, qonaqpərvərlik ənənələri, incəsənət və dini dəyərlərini dünyaya çatdırmalıdır.”
Mərasimdə Azərbaycan Cümhuriyyətinin incənət sahəsində tanınmış simalarından biri Rafiq Müəllim də iştirak edib. mənəvi nemətlərin dəyərindən danışan incəsənət xadimi bildirib ki, Şah İsmail Xətayi ona layiq şəkildə yad edilməlidir. O həqiqətən də fatih idi və 14 il ərzində 14 ölkəni fəth etdi.”
Xatırladaq ki, sözügedən heykəl iki il müddətində ərdəbilli heykəltaraş Vədud Müəzzin tərəfindən düzəldilib.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed