Şrift:
Fransanın xarici işlər nazirinin İran səfəri
30.07.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zərif: “Ümid edirik ki, Fransa ilə münasibətlərdə mövcud olan anlaşılmazlıqlar aradan qaldırılacaq”


İranın xarici işlər naziri Məhəmmədcavad iyulun 29-da bu ölkəyə səfər edən fransalı həmkarı Loran Fabiusla görüşündən sonra iki ölkənin münasibətləri ilə bağlı jurnalistlərə açıqlama verib.
Məhəmmədcavad Zərif deyib ki, o, ölkəsinin nüvə enerjisi sahəsində birgə əməkdaşlığı ilə bağlı bir sıra anlaşılmazlıqların aradan qaldırılacağına ümidvardır: “Ümid edirik ki, Fransa ilə münasibətlərdə mövcud olan əvvəlki anlaşımazlıqlar tezliklə aradan qaldırılacaq və biz iki ölkənin bundan sonra müştərək mənafe, sülh və təhlükəsizlik məsələləri ilə bağlı birgə əməkdaşlığının şahidi olacağıq.

Mən Fransa xarici işlər nazirinin 17 illik fasilədən sonra Tehrana səfərindən çox sevinirəm. Bizim münasibətlər son illərdə çoxlu eniş-yoxuşlarla üz-üzə qalıb. Lakin ümid edirik ki, bundan sonra iki ölkə arasındakı əlaqələr daha ciddi bir istiqamətdə hərəkət edərək gündən-günə güclənəcək.

Vyanadakı nüvə razılaşmasından sonra bizim Fransa ilə iqtisadi sahələrdə, o sıradan da energetika, nəqliyyat və avtomobil sənayesi sahələrində birgə əməkdaşlığımız üçün müsbət şərait yaranıb. Bizim Fransanın xarici işlər naziri Loran Fabiusla aparacağımız danışıqların əsas mövzuları isə əsasən narkotik qaçaqmalçılığına, radikalizm və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq məsələsi olacaq”.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed