30.07.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Razılığa əsasən, PYD döyüşçüləri Bəşər Əsəd rejimiylə birlikdə olduqları təqdirdə, İran onları silahlandıracaq.
PKK-nın Suriya qanadı PYD-nin, İraqın sabiq kürd əsilli prezidenti Talabaninin lideri olduğu Kürdüstan Yürdsevərlər Birliyinin və İran İnqilab Keşikçilərinin nümayəndələri ötən ay İraqın quzeyindəki Süleymaniyyə şəhərində görüşərək bu barədə razılığa gəliblər. Razılığa əsasən, PYD döyüşçüləri Bəşər Əsəd rejimiylə birlikdə olduqları təqdirdə, İran onları silahlandıracaq.
Son zamanlar yaşanan bəzi hadisələr də deyilənlərin əsassız olmadığını göstərir. Məlum olduğu kimi, bir müddət öncə PYD qüvvələri əvvəl eyni ittifaqda olduqları Azad Suriya Ordusunun qüvvələrini Kobanidən çıxartmış, İŞİD-ə qarşı mübarizədə Bəşər Əsəd rejiminə aid hərbi qüvvələrlə birgə hərəkət etməyə başlamışdılar. Bu yaxınlarda isə PYD lideri Saleh Müslim müəyyən şərtlərlə Suriya ordusunun bir parçasına çevrilə biləcəklərini bəyan etmişdi.
Mümkündür ki, Türkiyənin Suriyanın şimalinda keçirdiyi hərbi əməliyyatlar və NATO ölkələrinin Türkiyəni dəstəkləməsi həmin hadisə ilə bağlı olsun. Ümumiyyətlə, son bir ay ərzində kürd separatçılarına beynəlxalq münasibətin dəyişilməsi bu ehtimalı daha da qüvvətləndirir.

Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |