30.07.2015 [10:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi iyulun 29-da qatıldığı bir tədbirdə çıxış edərək Türkiyə hökumətini İŞİD-ə dəstək verməkdə və bu terrorçu qruplaşmaya müxalif olan kürdlərə qarşı hücumda günahlandırıb.
Həsən Firuzabadi deyib ki, Türkiyə hökuməti İŞİD-ə müxalif olan kürdlərə hücum etməklə strateji bir səhvə yol verib: “İŞİD, müsəlman ölkələrə hakim olmaq istəyir. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər də bundan istisna deyil. Təkfirçi terrorçulara göstərilən yardım və dəstək gec-tez həmin ölkələrin öz təhlükəsizliyini də təhdid edəcək.
Türkiyə hökuməti son günlərdə səhvə yol verərək İŞİD-lə mübarizə adı ilə həmin qruplaşmaya müxalif olan və onun qarşısında müqavimət göstərən kürdlərə qarşı hücuma keçib. Bu isə təkfirçi terrorçuların Türkiyə sərhədlərinə çatması yollarını asanlaşdırır. Biz, baş vermiş məsələ ilə bağlı böyük qonşumuz sayılan Türkiyənin dostlarına da xəbərdarlıq edirik.
Hesab edirik ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər hökumətləri İŞİD-lə müttəfiqlik məsələsi üstündə hesab açmamalıdır. Onlar bilməlidir ki, İŞİD müsəlman ölkələrində öz hakimiyyətini qurmağa, ona hakim olmağa çalışır. Bu arada isə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər də bundan istisna deyil”.

Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |