Şrift:
BMT: Əsrin sonunadək Yer kürəsinin əhalisinin sayı 11 milyardı keçəcək
30.07.2015 [10:25] - Xəbərlər, Sosial
BMT-nin Demoqrafiya məruzəsində deyilir ki, Yer kürəsinin əhalisinin sayı əsrin sonunadək 11,2 milyarda çatacaq. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Məruzədə qeyd olunur ki, 2030-cu ildə bu göstərici 8,5, 2050-ci ildə isə 9,7 milyard təşkil edəcək.

Ekspertlərin hesablamalarına əsasən, 2022-ci ildə əhalinin sayına görə Hindistan Çini keçəcək. Nigeriya isə 2050-ci ildə ABŞ-ı keçərək, dünyada əhalisinin sayına görə 3-cü olacaq.
Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed