Şrift:
Əhməd Şəhid İranın ona qarşı irəli sürdüyü ittihamı məsxərə adlandırıb
30.07.2015 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BMT-nin İranda insan haqları ilə bağlı xüsusi nümayəndəsi Əhməd Şəhid iyulun 28-də bəyanat yayaraq İranın ona qarşı irəli südüyü yeni ittihamını “məsxərə” adlandırıb.
İyulun 27-də İranın bir sıra hökumət saytları ərəbdilli “Alwaie News” saytında dərc edilən bir yazıya istinadən Əhməd Şəhidin İrana qarşı daha kəskin hesabatlar hazırlaması qarşılığında Səudiyyə Ərəbistanından 1 milyon dollar rüşvət aldığı barədə məlumat dərc edib.

Əhməd Şəhid isə iyulun 28-də yaydığı bir bəyanatda bildirib ki, İranın onun güya Səudiyyə Ərəbistanından rüşvət alması ilə bağlı ona qarşı irəli sürdüyü ittiham, dünya birliyinin diqqətini bu ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasından yayındırmaq məqsədi daşıyır: “Bu mənə qarşı irəli sürülən çox məsxərə bir ittihamdır. İranda kütləvi edamların sayının faciə həddinə gəlib çatdığı, şəxsi əqidəsinə görə yüzlərlə insanın həbsə salındığı bir vaxtda bu kimi əsasız ittihamlar BMT-nin insan haqları ilə bağlı müxanizmini dəyişə bilməz”.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed