Şrift:
Abbas Lisanini dəstəkləyən fəallar divarlar üzərində şüarlar yazdılar (foto)
30.07.2015 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığını tələb edən fəallar Ərdəbil şəhərində divarlar üzərində müxtəlif şüarlar yazıblar. Onlar bu vasitə ilə azərbaycanlı fəalın rejim tərəfindən həbs edilməsini kəskin qınayıb və onun azadlığını tələb ediblər.
Fəallar A.Lisani azad edilənə qədər divarlar üzərində şüar yazmağa davam edəcəklərini bildiriblər.

Ərdəbil şəhərində müxtəlif divarlar üzərində “Abbas Lisani azad olsun”, “Yaşasın Azərbaycan”, “Abbas Lisani özgür buraxılmalıdır”, “Azərbaycan var olsun – Lisani azad olsun”, “Azərbaycanın milli qəhrəmanı azad olmalıdır” və s. kimi şüarlara rast gəlinir.

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal İyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 1 illik həbs cəzasını çəkmək üçün həbs edilən milli-mədəni fəal zindanın 7-ci bölümünə salınıb. 7-ci bölüm narkomanlar və cinayət işləri ittihamı ilə həbs edilən məhbuslara aiddir və bu bölümdə məhbusların saxlanma şəraiti olduqca ağırdır.

A.Lisaninin 1 il müddətinə azadlıqdan məhrum edilməsi 2011-ci ildə (1390-cı il) Urmu gölü böhranı ilə bağlı keçirilən etiraz aksiyası ilə əlaqədardır.

Abbas Lisanini dəstəkləyən fəallar divarlar üzərində şüarlar yazdılar (foto)

Abbas Lisanini dəstəkləyən fəallar divarlar üzərində şüarlar yazdılar (foto)
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed