Şrift:
Aşton Karter: “Nüvə razılaşmasından sonra İranın rəftarında dəyişiklik əmələ gələcəyi barədə perspektiv yoxdur”
31.07.2015 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 29-da ABŞ Senatının silahlı qüvvələr komitəsinin üzvləri ilə bir araya gələn və Vyanadakı nüvə razılaşması ilə bağlı onların suallarını cavablandıran Amerikanın müdafiə naziri Aşton Karter Qərblə Tehran arasındakı razılaşmanı dəstəklətib.
Aşton Karter deyib ki, əgər İran razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırsa ABŞ ordusu hərbi qabiliyyətini yüksəldərək bütün seçimlərdən istifadəni nəzərdən keçirəcək: “Belə olan halda biz bütün gücümüzlə hərəkətə keçəcək, dostalarımızın yanında olacağıq və İŞİD-lə İran hökumətinin şər fəaliyyətlərinin qarşısında dayanacağıq”.

Aşton Karter, nüvə razılaşmasından sonra İranın rəftarında hər hansı bir müsbət dəyişikliyin əmələ gəlib-gəlmədiyi ilə bağlı sualı da cavablandırıb: “Nüvə razılaşmasından sonra İranın rəftarında hər hansı bir dəyişiklik əmələ gəlməyib və hesab edirəm ki, bu rəftarın bundan sonra da dəyişə biləcəyi barədə heç bir perspektiv də yoxdur. Aydın məsələdir ki, əgər İran davranışını dəyişsə mən bunu müsbət qarşılayacağam. Lakin hələ ki, bu xüsusda heç bir perspektiv görmürəm.

Bütün bunlara baxmayaraq hesab edirəm ki, İranla razılaşmanın uğurlu icrası hərbi müdaxilədən daha yaxşıdır. Çünki hər bir hücum müvəqqəti xarakter daşıyacaq və sonunda İranı nüvə silahına yiyələnməyə doğru sürükləyəcək”.
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed