Şrift:
Sami Yusif İranın onun mahnılarına qarşı qoyduğu qadağaya münasibət bildirib
31.07.2015 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, İran Teleradiosunda dünyaşöhrətli azərbaycanlı islam yönümlü müğənninin mahnılarının yayımına qadağa qoyulub.
Bu barədə Sami Yusif öz saytında Bildiri yayaraq İsrailin Nasiriyyə şəhərində verdiyi konsertə görə üzr istəməyəcəyini bildirib.

Bildiridə qeyd olunub ki, “Nasiriyyədə verdiyim konsertə görə İran Teleradiosunda mahnılarımın yayımına qoyulan qadağanı eşidincə çox təəccübləndim”.

Məşhur müğənni sözlərini davamında deyib ki, “Təəssüflər olsun ki, İrandakı dəyərli izləyicilər bir müddət mənim səsimi eşitməkdən məhrum olacaqlar.”

Bu arada kütləvi informasiya vasitələrində yayılan məlumata görə, İranın qoyduğu qadağa müğənninin xristian və yəhudilərin müqəddəs məkanlarını ziyarət etdiyinə görədir və bu qadağa onun Nasiriyyədəki konserti ilə əlaqədar deyil.”

Qeyd edək ki, dünyaşörətli müğənni ingilis, türk, fars, ərəb və s. kimi dillərdə müxtəlif dini mahnıları oxuyub. O Amerika Birləşmiş Ştatlarının “Time” dərgisi tərəfindən “İslamın ən böyük rok ulduzu” və İngiltərənin “Guardian” dərgisi tərəfindən “müqəddəs rokun ulduzu” adlandırılıb.
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed