Şrift:
Tehranda sünnilərin yeganə namazgahı sökülüb
31.07.2015 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın paytaxtı Tehranda yerləşən və sünni müsəlmanların yeganə ibadətgahı olan namazgah hüquq mühafizə orqanları tərəfindən sökülüb.




Tehranda sünnilərin namazgahının sökülməsi Zahidan şəhərindəki bir sünni namazgahının imamı tərəfindən Əli Xameneyiyə etiraz məktubu göndərməsindən sonra üzə çıxıb.

Tehran bələdiyyəsinin qərarı ilə hüquq mühafizə orqanları çərşənbə günü namazgaha girərək və uzun müddət orada axtarış aparıb. Polis daha sonra oranın imamı Ubeydullah Musanın da evinə basqın edərək orada da axtarış aparıb.

Hadisədən sonra sünnilər tərəfindən Xameneyiyə göndərilən mesajda sünnilərin ibadətilərinə maneə törədildiyi bildirilib.

Namazgahın hansı səbəblə söküldüyü haqda heç bir açıqlama verilmir. Bir neçə ay bundan öncə hüquq mühafizə orqanları namazgaha bəzi qadağalar qoymuşdu. Namazgahda cümə və bayram namazlarının qılınması da qadağan idi.

İran hökuməti sünnilərin çoxsaylı müraciətlərinə baxmayaraq ölkədə sünni məscidinin açılmasına icazə vermirdi. Tehrandakı bu yeganə sünni namazgahının sökülməsindən sonra sünnilərin birlikdə namaz qıla biləcəkləri başqa heç bir yer qalmayıb.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed