31.07.2015 [16:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil vilayətinin Telekanalı Rəməzan ayının əvvəllərindən türkcə “xəbərlər” yayımını dayandırıb.
Hər gün yerli vaxtla saat 17 radələrində yayımlanan “xəbərlər” proqramı, artıq Ərdəbil vilayətinin Səbəlan (Savavan) telekanalında Rəməzan ayının birinci günlərindən yayımlanmır.
Ərdəbil vilayətinin Telekanalı hələlik sözügedən proqramın dayandırılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib.
Bu hadisə o halda baş verir ki, bundan öncə Ərdəbil valisi Teleradio məsullarından televiziyada təmiz türk dilində danışmağı istəmişdir. Vali bu barədə bildirmişdir ki, “yerli Telekanalın proqramlarında 99 faiz fars sözlərindən istifadə etmək və yalnız cümlələrin felini türk dilindən seçmək böyük bir qüsurdur. Bir-birimizlə söhbətdə və irtibat qurmaqda türk dilindən istifadə etsək daha yaxşı olar.”
Qeyd edək ki, Ərdəbilin yerli Telekanalında sözügedən proqramın ləğv edilməsi soydaşlarımızın narazılığına səbəb olub. Güney Azərbaycanda əhalinin əksəriyyət Azərbaycan Cümhuriyyəti, Güney Azərbaycan Televiziyası (GünAz TV) və Türkiyə telekanallarını izləməyə üstünlük verir və bu vasitə ilə əsas xəbər və məlumatlar əldə edirlər. Lakin buna baxmayaraq yerli telekanallarda türk dilinin daha da sıxışdırılması, hər zaman əhalinin etirazına səbəb olub.

Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |