Şrift:
İran rəsmisi Sami Yusif qadağasını təkzib etdi
01.08.2015 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dövlət Teleradio Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi dünyaşöhrətli müğənni Sami Yusifin mahnılarına qadağa xəbərini təkzib edib.
Davud Neməti bildirib ki, Dövlət Teleradio Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Davud Neməti deyib ki, bir müddət öncə guya dövlət televiziyası tərəfindən yayımlanan məktub dərc edilib: “Orada Sami Yusifin mahnılarına qadağadan bəhs edilir. Amma həmin məktubda nə şirkətin məsul şəxsinin imzası, nə də möhürü olub. Sami Yusifin mahnıları İran Dövlət Televiziyasında məhdud səsləndirilsə də, səsləndirilir və onun mahnılarının qadağan edilməsi xəbəri doğru deyil”.
Qeyd edək ki, keçən günlərdə bir sıra kütləvi informasiya vasitələrində dünyaşöhrətli azərbaycanlı islam yönümlü müğənni Sami Yusifin İsraildə konsert verməsi ilə əlaqədar İranda onun mahnılarına və özünə qadağa qoyulması xəbərləri yayılmışdı.
S.Yusif ingilis, türk, fars, ərəb və s. kimi dillərdə müxtəlif dini mahnıları oxuyub. O Amerika Birləşmiş Ştatlarının “Time” dərgisi tərəfindən “İslamın ən böyük rok ulduzu” və İngiltərənin “Guardian” dərgisi tərəfindən “müqəddəs rokun ulduzu” adlandırılıb.
Bu xəbər oxucular tərəfindən 898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed