Şrift:
Ərdəbil telekanalında türkcə xəbər proqramının dayandırılmasına geniş etiraz
01.08.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil vilayəti telekanalının ən çox izlənilən proqramı olan türkcə xəbər proqramının yayımdan çıxarılması əhalinin geniş etirazına səbəb olub.




Yerli jurnalist Məhəmməd Əsgərinin “Fars” üçün hazırladığı reportajda belə yazılır:

“Türkcə olduğu üçün əhali tərəfindən ən çox izlənilən və hər axşam saat 5-də yayımlanan xəbər proqramı məlum olmayan səbəblər üzündən bir müddətdir yayımdan çıxarılıb. Buna etiraz edən ərdəbilli vətəndaşlar vilayət telekanalı məsullarından açıqlama tələb edirlər.”

Həmçinin yerli kanalda “düzgün türkcə yerinə 99 faiz sözlərinin farsca olduğu və sadəcə fellərin türkcə olduğu bir dil”dən istifadə edilməsinə etiraz olaraq Ərdəbil valisinin ötən aylarda ifadə etdiyi sözlərinə də yer verilib.

Güney Azərbaycanın müxtəlif vilayətlərində hökümətə yaxın bəzi siyasətçilər də yerli kanallarda türk dilində düzgün proqramların olmamasına etiraz edirlər. Onların dediyinə görə, bu problemlər əhalinin yabancı ölkələr, xüsusilə Türkiyə kanallarına diqqət göstərməsinə yol açırr.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed