Şrift:
Urmiyalı millət vəkili energetika nazirini tənqid edib
01.08.2015 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə millət vəkili Nadir Qazipur məclisin açıq iclasında Energetika nazirini sərt tənqid edib.

Məclisin Sənayə Komissiyasının üzvü olan Qazipur Urmiyə gölündə vəziyyətlə əlaqədar Energetika naziri Həmid Çitçiyana suallar vermək üçün onu komissiyanın iclasına dəvət edib.

Müzakirələr zamanı Nadir Qazipur Energetika nazirinə “mümkün olan hər yolla Urmiyə gölünü xilas etmək bəhanəsi ilə Urmiyədə iqtisadi fəaliyyətlərə mane yaradırsınız” deyib.

Millət vəkili Həmid Çitçiyanın fəaliyyətini tənqid edərək deyib: "Sizin nazirlik dönəminizdə Urmiyə gölünün süyünün azalması mən və Azərbaycan nümayəndələrini qayğılanmamalıdırmı? Siz xalqın duyğuları ilə oynayırsınız.”

Atalar sözündə deyildiyi kimi “Urmiyə gölü Azərbaycana su olmadı, ancaq başqalarına çörək oldu”.

“Keçmişdə Urmiyə gölü probleminin yerli problem olduğu düşünülürdü, lakin duz fırtınaları ortaya çıxınca mövzu dəyişdi."-deyə azərbaycanlı millət vəkili bildirib. O deyib ki, "əgər duz fırtınası paytaxt Tehrana gəlsəydi indi Urmiyə gölü böhranı çoxdan çözülmüşdür."

Urmiyə millət vəkilinin tənqidlərinə rəğmən məclis nümayəndələri iclasın sonunda Energetika nazirinin cavablarından razı qalıblar.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed