Şrift:
“ Bilqamıs dastanı” yeddi min illik Türk dastanıdır.
01.08.2015 [14:33] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Bu dastan 1985-ci ildə rus dilindən azərbaycan dilinə sətri tərcümə olunmuş və orijinaldan ingilis dilinə tərcümə edildiyi zaman bəzi gil lövhələr tapılmadığından dastanın məzmununda qırılmalar vardır. Gənc yazar Savalan Talıblının redaktorluğu və şair Qılman İmanın bədii redaktorluğu ilə Niftalı Göyçəli dastanı nəzmə çəkərək məzmundakı qırılmaların yerlərini öz təxəyyülünün köməyi ilə doldurmuşdur. Bunlardan əlavə, müəllif o dövrə aid tarixi hadisələri, eyni zamanda bəzi toponim və hidronimləri də mövzuya daxil etmişdir.



BİLQAMIS DASTANI

Bilqamıs adında bir cəsur, igid, alp ərən,

Cəngavərdən söz açıb deyirəm dasranı mən.

Dünyanın bu başından, o başına adlamış,

Dənizləri keçmiş o, uca dağları aşmış.

Müdrikliyə yetişmiş, bilgilərə ulaşmış,

Dostu ilə birlikdə düşmənləri haqlamış.

Bir insan haqqındadır bizim bu dastanımız,

Ondan xəbərlər verir şanlı bir zamanımız.

O hər sirri bilərdi, o hər şeyi görərdi,

Yeri su basmasından bizə xəbər verərdi.

Uzun yollar dolaşıb, yorulub əldən düşmüş,

Başına gələnləri sal qyaya döydürmüş.

Sonra bir şəhər salmış -hasarı uca Uruk,

Bundan əvvəl var idi Şumerdə paytaxt Turuk.

Divarları bəzəkli, bürcləri düzüm-düzüm,

Bu cür səddə bərabər sədd görməz əsla gözüm.

Keçmişin yadigarı bu divara gəl baxaq,

İştarın mənzilinə- Eanuya bir çıxaq.

Bax, Uruq qalasının divarı üstə yeri,

Heç gələcək şahlar da tikə bilməz bu qəsri.

Gör bünövrə necədir, necədir kürsüləri,

Durmuş döyüşçulər tək hücrələri, bürcləri.

Yeddi müdrikmi qoyub qalanın himinə daş,

Divar bişmiş kərpicdən bərk hörülüb başa-baş.

O bütün insanlardan əzəmətli, ucadır,

Hələ cavan olsa da, sanki müdrik qocadır.

O insandır, yarıdan çoxu tanrıdır ancaq,

Heç kəs ona tay olmaz- o nur saçan bir çıraq.

Uruk divarlarını odur ucaldan belə,

Çılğınlıqda, qüvvətdə oxşayır qızmış kələ.

Döyüşdə silahının yox tayı -bərabəri,

Qasırğaya, tufana bənzər savaş hünəri.

Təbil səslənən kimi oyanır alp ərənlər-

Sıçrayır yatağından Uruklu hər cəngavər.

Ataların yurdunda oğullar durmaz bekar,

Bilqamısın onlara hər zaman təlimi var.

O hasarlı Urukun Bilqamıs kahinidir,

Sərkərdəsi, başqanı- qartalı, şahinidir.

Uruk oğullarının kahini tək birdir o,

Əzəmətli, qüdrətli-hər şeyə qadirdir o.

Qıymaz ki, anaların gəlinləri dul qalsın,

Oğulların dalınca uzanan boş yol qalsın.

Düşmən ilə savaşa girib nərə çəkərək,

Qoruyur təhlükədən ərləri çevik, zirək.

Çatırdı tanrılara, igidlərin duası,

Gəlidi qulaqlara mələklərin sədası.

Göylərdən deyirdilər: ”Ey Uruka Hökmdar,

Sən Bilqamıs- bilgili, zəkalısan, gücün var.

Sən igid yaranmısan, oxşarın qızməş kələ,

Şimşək kimi çalırsan qılıncı alıb ələ.

Döyüşdə silahının yox tayı-bərabəri

Səndən hünər öyrənir Urukun igidləri.”

Şəhər əhalisində arzular, həm maraq var,

Arurunu pənaha çağrırdılar onlar:

“Aruru, Bilqamısı yaratmısan bu cür sən,

Bir igid də yarat ki, gücdə olsun ona tən.

Bir-biriylə qoy onlar güləş tutub yarışsın,

Uruklular əylənsin, bir az başı qarışsın.

Aruru da eşitdi xalqın bu sözlərini,

Öz qəlbində yaratdı Anunun bənzərini.

Gildən bir şey xəlq etdi, göylərdən yerə atı,

Qüvvətli bir qəhrəman-Enkidunu yaratdı.

Ninurtu döyüşçüsü-Gecəyarı törəyən

Yun kimi qalın tüklə örtülmüşdü tam bədən.

Qadın kimi başından hörüklər sallanırdı,

Sünbül kimi sıx olan qalın saçları vardı.

Adamlardan uzaqdı, xəbərsizdir dünyadan,

Şöhrətli Sumukan tək geyinmiş kürk sayadan.

Cüyürlərə qoşulub çöllərdə ot yeyirdi,

Vəhşilərlə bərabər o su içib səs edirdi.

O da yırtıcılar tək oynayıb şənlənirdi,

Bəzən hürküb qaçırdı duyan kimi hənirti.

İnsandı: balıqçıydı, həm də ovçuydu mahir,

Suvatlar məskəniydi gəzib-dolandığı yer.

Birinci, həm ikinci, həm də üçüncü günü

Insanlardan uzaqda tuturdu o özünü.

Bir ovçu gördu onu, qorxdu rəngi dəyişdi,

Onu qorxuya salan vəhşi görkəm, təşvişdi.

Enkiduya baxdı o, düşündü nə əməldi,

Susdu, dili tutuldu. Tamam dəhşətə gəldi.

Yığım mal-qarasını evinə yola düşdü,

Yol gəldi evlərinə, qorxuları ötüşdü.

Ovçu bu gördüyünü atasına söylədi,

Enkidu barəsində belə xəbərlər dedi:

“Ata, dağlardan enmiş,bir kobud kişi gəlmiş,

Onu görən hər kəsi götürür qorxu, təşviş.

Göydən düşən daş kimi çox ağırdı əlləri,

Vəhşilərlə dolanır, səhraları, çölləri.

Ütün dağları gəzir, veyillənir, dolaşır,

Həmişə vəhşilərlə suvatlara yanaşır.

O hər zaman yolunu suların üstə salır,

Yaxınlaşa bilmirəm, canımı qorxu alır.

Mən quyular qazıram, o doldurur onları,

O ov heyvanlarının olmuşdur havadarı.

Mən tələlər qururam, o uçurub-dağıdır.

Qənim kəsilib mənə, qəddar, zalım yağıdır.

Çolün vəhşilərini çıxarır əllərimdən,

İmkan vermir ov tutam dünyanın çöllərindən.”

Atası da üz tutub gəcə belə söylədi.

Müdrik məsləhər verib, ağıllı söz söylədi:

Oğul balam, Bilqamıs yaşayır o Urukda,

İgiddir, cəngavərdir- güclü bir ərdir o da.

Bütün eldə tanınır, qüdrətlidir əlləri,

Şücaətləri bəlli, məşhurdur əməlləri.

Get, ona yaxınlaşıb əvalatı deginən,

Danış həmin adamın təsvirini söylə sən.

O sənə şəhvət dolu gözəl qadın verəcək,

Yensə həmin adamı, yalnız qadın yenəcək.

Vəhşiləri su üstə apardığı zamanda,

Qadın soyunsun həmən qabağında o anda.

Qadını görən kimi yaxın gələcək hökmən,

Qalmayacaq yanında vəhşi heyvanlar həmən.

Ovçu öz atasının sözlərini eşitdi,

Yollandı Bilqamısla görüşmək üçün geti.

Yol aldı, addım atdı birbaş Uruka sarı,

Blqamısın önündə söylədi olayları.

Dedi: “Uca dağlardan enib bir igid gəlmiş,

Onu görəni tamam bürüyür qorxu, təşviş.

Bütün eldə o ərin əllərinə tay olmaz,

Görünüşü bədheybət, insana oxşayır az.

Bütün dağları gəzir, veyillənir, dolaşır,

Həmişə vəhşilərlə suvatlara yanaşır.

O hər zaman yolunu suvatlar üstə salır,

Onu görən hər kəsin canını qorxu alır.

Mən quyular qazıram, o doldurur onları,

O ov heyvanlarının olmuşdur havadarı.

Mən tələlər qururam, o uçurub-dağıdır,

Qənim kəsilib mənə, yenilməyən yağıdır.

Çölü vəhşilərini çıxarır o əlimdən,

İmkan vermir ov tutam dünyanın çollərindən.”

Bilqamıs qulaq asıb, ovçuya dedi sonra:

“Get şəhvətli Şamxatı özünlə apar ora.

Vəhşiləri su üstə apardığı zamanda,

Qadın soyunsun həmən qabağında o anda.

Qadını görən kimi yaxın gələcək hökmən,

Qalmayacaq yanında vəhşi heyvanlar həmən.”

Ovçu gedib Şamxatı özü ilə apardı,

Yola çıxıb birbaşa doğma yerlərə vardı.

Üç gündən sonra onlar həmin yerə gəldilər,

Ovçuyla həmin qadın ordaca gizləndilər.

Vəhşilər su üstünə budur, enib gəldilər.

Vətəni dağlar olan Enkidu da onlarla-

Bir gəzir ahularla, qidalanır otlarla.

Vəhşilərlə birlikdə o da su üstə gəlir,

Pələng ilə Aslanla su içərək şənlənir.

Şamxat gördü burada insanla vəhşiləri-

Qalın çöllərdən çıxıb gəlmiş o qorxunc əri.

Ovçu söylədi: ”Şamxat, tez ol, aç öz qoynunu,

Ağ bədənini göstər, sehrlə tezcə onu!

O səni görən kimi yanına gələsidir,

Qadın soyunmuş olsa, ərlərin tələsidir.

Çəkinmə, qorxma ondan, nəfsini qəbul elə,

Tamam lüt-üryan dayan, şəhvət güclüdür belə.

O yaxın gələn zaman quc onu, qoynuna al,

Onu əyləndir, zövq ve, gücsüz, zəif hala sal.

Güclü bir ehtirasla o sənə sarmaşacaq,

Onunla bir dolanan vəhşilər yadlaşacaq.”

Şamxat döşünü açdı, bədənini göstərdi,

Enkidu təslim oldu, onun qoynuna girdi.

Qadın ona zövq verdi, o bu işdə mahirdir.

İgidi ram elədi, uğurlu oldu tədbir.

Enkidu ehtirasla ona bərk-bərk sarıldı,

Günlərlə əl çəkmədi, aramsız ləzzət aldı.

Sonra o vəhşilərin səmtinə gedən zaman

Vəhşilər üz döndərib kənar getdilər ondan.

Enkidu cəld sıçradı, canı zəifləmişdi,

Ayağı yerimirdi, vəhşilərsə getmişdi.

Bildi əvvəlki kimi qaça bilmir yerindən,

Ağlı gəldi başına, fikirləşdi dərindən.

Gəlib yava q2adının qarşısında diz çökdü,

O şəhvətli qadının sifətinə göz dikdi.

Görsün nə söyləyəcək, qulaqları səsdədir,

Qadın sözə başlayıb verdi məsləhət, təsvir:

“Ekidu, belə qəşəng, igid, güclü ərsən sən,

Niyə vəhşilər ilə bu çöllərdə gəzirsən?

Gəl səni mən aparım Uruk adlanan yerə-

O möhtəşəm qalalı naxışlı bir şəhərə.

Qoç kimi igidlərə Bilqamısın hünərlə

Qüdrətini göstərib məskən saldığı yerə.

Gözəl evlər, mənzillər, yaraşıqlı saraylar,

Orada uca Tanrı Anun məbədi var.”

Enkidu anladı ki, tale gülmüş üzünə,

Söylədi o Şamxata, sevinc doldu gözünə:

“ Gəl Şamxat, apar məni sən tezliklə oraya-

O müqəddəs mənzilə, Anu olan saraya.

Görüm Bilqamısı da, onun hünərlərini,

Sınayım meydanlarda Urukun ərlərini.

Uruka haray sallam, mənim güc, qüdrətim var,

Çöldə doğulanların qüvvəsi də çox olar!”

Şamxat dedi: ”əlbəttə, haydı, gedək oraya-

Uruk adlı şəhərə, Anu olan saraya.

O yerə ki, adamlar şux geyimlə öyünür,

O yerə ki, hər günü toya, bayrama dönür.

O yerdə ki, ucalır arfanın, sincin səsi,

Şəhvətli qadınların sonsuzdur əyləncəsi.

Şirin ehtirasları min bir sevinc vəd edir,

Böyük adamları da gecə yerindən edir.

Enkidu, görməmisən sən həyatın dadını,

Əzabkeş Bilqamısın sonsuz istedadını.



Ardı davam edəcəkdir.
Bu xəbər oxucular tərəfindən 2394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed