Şrift:
Ernest Moniz: -Düşünürəm ki, Vyanadakı razılaşma hökmən icra ediləcək
03.08.2015 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerikanın energetika naziri Ernest Moniz iyulun 31-də Ağ Ev-də jurnalistlərlə görüşündə ABŞ Konqresinin nümayəndələri ilə görüşündən və Vyanadakı nüvə razılaşmasından danışıb.
Moniz deyib ki, o ABŞ Konqresinin İranla Qərb arasında əldə edilimiş nüvə razılaşmasına səs verəcəyinə əmindir: “Mən açıq şəkildə bildirirəm ki, Konqres üzvlərinin ona təqdim edilmiş razılaşmanın aşkar və sirli sənədlərini bu qədər dəqiq və həssaslıqla gözdən keçirməsindən sevinirəm. Lakin razılaşmaya qarşı edilən etirazlara baxmayaraq düşünürəm ki, Konqres Vyanadakı razılaşmaya səs verəcək və bu razılaşma hökmən icra ediləcək.

Nəzərə almalıyıq ki, əgər biz bu razılaşmanı rədd etsək, bunun mənfi fəsadlarla nəticələnməyəcəyini təsəvvür etmək çox çətin olacaq. Hesab edirəm ki, razılaşma rədd olunsa, biz bunun mənfi nəticələrini çox tez və qısa bir zamanda görəcəyik”.

Qeyd edək ki, ABŞ Konqresinin bir sıra senatorları Vyanadakı nüvə razılaşmasına qarşı çıxaraq bu razılaşmanın İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilməyəcəyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed