03.08.2015 [09:58] - Gündəm, Sosial
Azərbaycanda istifadəçilərin 32,16 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2015-ci ilin ikinci rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir.
İcmala əsasən, cari ilin I rübü ilə müqayisədə bu göstərici 16,3 faiz azalıb.
İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında altıncı yeri tutur.
TOP 10-a 38,98 - 30,83 faizlə daxil olan ölkələr - Rusiya, Qazaxıstan, Ukrayna, Suriya, Belarus, Azərbaycan, Tailand, Moldova və Vyetnamdır.
Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə Ermənistan, Qırğızıstan, Xorvatiya, Əlcəzair, Qətər, Çin, Monqolustan, Makedoniya, Bosniya və Herseqovina və Yunanıstan da daxildir.
İnternet istifadəçilərinin riskə daha az meyilli olduğu ən təhlükəsiz ölkələr isə bunlardır: Argentina (13,2 faiz), Niderland (12,5 faiz), Koreya (12,4 faiz), İsveç (11,8 faiz), Paraqvay (10,2 faiz) və Danimarka (10,1 faiz).
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.
2015-ci ilin II rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrində internet resurslarından həyata keçirilən 380 milyona yaxın hücumu dəf edib.
Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 26 milyon virus hücumu aşkarlayıb.
İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 110,7 milyonu ötüb.

Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |