Şrift:
Bir qrup azərbaycanlı fəal Abbas Lisaninin ailə üzvlərinə baş çəkib
03.08.2015 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 31-də Güney Azərbaycanın Ərdəbil şəhərində bir neçə gün əvvəl tutulub həbsə salınmış tanınmış milli fəal Abbas Lisaninin mənzilinə gedərək onun ailə üzvləri ilə görüşüb.
Görüşə Güney Azərbaycanın müxtəlif şəhərlərində gəlmiş dinc fəallar, o sıradan da məşhur musiqiçi Həsən Dəmirçi də qatılıb. Görüşün əvvəlində qonaqları salamlayan Abbas Lisaninin xanımı Rüqəyyə Lisani, məhbus yoldaşının indiki səhhəti və durumu barədə qısaca məlumat verib. Yoldaşının bütün təzyiqlərə baxmayaraq ruh yüksəkliyini qoruyub saxladığını bildirən Rüqəyyə Lisani deyib ki, yoldaşı tutulandan sonra hökumət qüvvələri onun mağazasını bağlayaraq ona plomb qoyub, oğlu Əli Lisani isə işindən çıxarılıb.

Daha sonra Azərbaycan musiqisinin tanınmış simalarından olan ustad Həsən Dəmirçi sözə başlayaraq Abbas Lisaninin dinc mübarizəsini qiymətləndirərək onu heç vaxt tək qoymayacaqlarını vurğulayıb.

Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Ərdəbil şöbəsinin əməkdaşları Abbas Lisanini iyulun 22-də tutub aparıblar. Onun tutulmasının səbəbi isə Urmiya gölünün quruması ilə bağlı 2011-ci ildə keçirilmiş etiraz aksiyalarına qatıldığına görə barəsində çıxarılmış 1 illik həbs cəzasını çəkməsi ilə əlaqələndirilir.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed