04.08.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın əsas nüvə danışıqçılarından biri Əli Əkbər Salehi bəyan edib ki, İran Məclisinin Tehranın ötən ay dünya gücləri ilə bağladığı sazişə qarşı çıxmaq səlahiyyəti yoxdur. “Hökumət hər hansı xarici ölkə ilə bağladığı hər hansı sazişi parlament qarşısına gətirmək məcburiyyətində deyil” – deyə Salehi bildirib.
O deyib ki, nüvə sazişi, yəni Hərtərəfli Hərəkət Planı müqavilə və ya konvensiya deyil və onun hər hansı şəkildə parlament müzakirəsinə verilməsi nəzərdə tutulmayıb.
Analitiklərin fikrincə, İranda son söz sahibi ali rəhbər Əli Xameneyi olduğundan, Salehi belə bir bəyanatı yalnızonun xeyir-duası ilə verə bilərdi. Təhlilçilər bunu da qeyd edirlər ki, Əli Xameneyidən dəstək görməyən sərt xətti-hərəkət tərəfdarları nüvə sazişi üzərinə mütəşəkkil hücuma keçə bilmirlər.

Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |