04.08.2015 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Urmu gölü böhranı bir milli problemdir və bu barədə kimsə fikir bildirərsə, onun hərəkəti sistemə qarşı bir əməl kimi qəbul olunmamalıdır.” Bu sözləri Təbrizin icra başçısı Urmu gölü böhranından danışarkən deyib.
Urmu gölünü böhrandan qurtarmağı bir milli vəzifə olduğunu diqqətə çatdıran Doktor Şöhrətifər bu barədə məsulları və əhalini birgə hərəkət etməyə çağırıb. O vurğulayıb ki, “Urmu gölü aradan gedərsə bizim həyatımızın gələcəyi təhlükə altına düşəcək!”
Bildirək ki, Təbrizin icra başçısı o halda bu sözləri dilə gətirir ki, Urmu gölünün nicatı uğrunda dinc mübarizə aparan yüzlərlə azərbaycanlı milli-mədəni fəal yaxalanıb və həbs edilib. Onlar Urmu gölü ilə bağlı fikir bildirdiklərinə görə sistemin əleyhinə təbliğ ittihamı ilə üzləşiblər. Son günlərdə həbs edilən tanınmış azərbaycanlı fəal Abbas Lisani o cümlədəndir.

Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |